Azərbaycana Gəl ! - XOŞ GƏLMİŞSİNİZ!
Суббота, 28.01.2012, 23:26
Azərbaycana xoş gəlmişsiniz!

                                                                  ALBAN tour

                                                                                   Odlar yurdunu bizimlə kəşf edin!

XOŞ GƏLMİŞSİNİZ!

"AlbanTour" firması 2009-cu ildən fəaliyyət göstərir. Daxili turizm üzrə geniş imkanlara və təcrübəyə malikdir. Azərbaycan, rus və ingilis dillərində ekskursiyalar təşkil olunur. Sifarişdən asılı olaraq turlar fərdi və qrup halında təşkil oluna bilər. Azərbaycanın istənilən bölgəsinə turlar təşkil olunur. Eyni zamanda tələbə və şagirdlər üçün elmi, əyləncəvi, istehsalat turlarımız mövcuddur. Məktəblilər üçün təşkil olunmuş xüsusi turlara görə "AlbanTour" firmasının əməkdaşları Bakı Avropa Litseyi tərəfindən təşəkkürnamə ilə təltif olunmuşlar. Əsas məqsədimiz ölkəmizi, onun tarixi abidələrini, gözəl təbiətini layiqincə təqdim etmək və tanıtmaqdır. Eyni zamanda insanımıza yüksək səviyyəli və mədəni xidmət göstərməkdir. Odlar Yurdunu Bizimlə kəşf edin!